İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gənc oğlan döyülərək bıçaqlanıb

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Babək prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Nağıyev Vüsal İkram oğlu "Qarabağlar" restoranından çıxarkən üç nəfər naməlum şəxs onu döyüb.

Daha sonra V.Nağıyev bıçaqlanıb.

Yaralı bədənin bir neçə yerindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR