İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ər-arvad yol qəzasında ölüb

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Anargül Mamed qızı isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR