İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “drift” edən avtobus sürücü ilə bağlı şirkətdən AÇIQLAMA

Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib.

Bu barədə şirkətdən məlumat verilib. 

Bildirilib ki, keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

Qeyd olunub ki, baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR