Onlayn ictimai-siyasi qəzet
Bakıda 22 yaşlı oğlan qəzada ölüb.
Hadisə Xəzər rayonu ərazisində baş verib.
2003-cü il təvəllüdlü Bakı şəhər sakini Əli Sahib oğlu Əliyev özünə məxsus VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan, 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Eldəniz Abuzər oğlu Əliyevin idarə etdiyi "Ford Transit" markalı maşına arxadan çırpılıb.
Nəticədə Ə.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb. (Oxu.Az)
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ