Onlayn ictimai-siyasi qəzet
Bakıda dəhşətli intihar hadisəsi olub.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi nəticəsində evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq götürülüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır. (lent.az)
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ