İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Daşınmaz Əmlak Bazarı istifadəyə verilib

Dekabrın 24-də Bakıda Daşınmaz Əmlak Bazarı (DƏB) istifadəyə verilib.

Trend xəbər verir ki, DƏB daşınmaz əmlak bazarı ilə bağlı sərgi-satış kompleksidir. Belə ki, daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, interyer və eksteryer dizayn xidməti təklif edən yerli və xarici daşınmaz əmlak şirkətlərinin xidmətləri indi 365 gün ərzində bir məkandan təqdim olunacaq.

Açılış mərasimində yerli və xarici şirkətlərin rəhbərləri, media nümayəndələri və digər qonaqlar iştirak edib.  

 

Qeyd olunub ki, daşınmaz əmlakla bağlı xidmətlərin bir məkandan təqdim olunması vaxta qənaət və müştəri məmnuniyyəti baxımından mühüm addımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR