İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir park təmir ediləcək - FOTO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “20 yanvar” parkı məhv olmaq üzrədir.

Hələ Sovet dövründə gözlliyi və ağac sıxlığı ilə fərqlənən bu park müstəqilliyin ilk illərində təmir olunmuşdu. Ağacların sıxlığı ilə sakinlərin ən sevimli yerinə çevrilən bu istirahət mərkəzində sonradan “20 yanvar” şəhədlərinin şərəfinə abidə ucaldıldı.

Sakinlər BAKU.WS-in “qaynar xətti”nə bildiriblər ki, həmin park sonradan təmir adı altında bağlanıb.

Biləcəri sakini, Qarabağ müharibəsi iştirakçısı Asif Şirinov bildirib ki, təmirdən sonra ağacların çoxu kəsilib, torpağın üstü yaşıl otla, qazonla örtülüb. Lakin qısa müddət sonra otlar saralıb, parkdaki oturacaqların çoxu çıxarılıb.

“İndi isə park bərbad vəziyyətə düşüb. Parkı zibil basıb. Təmizləyən yoxdur. Ağacların və kolların çoxu quruyub”, - deyə şikayətçi bildirib.

Asif Şirinov deyir ki, hər şey bir yana, “20 yanvar” şəhidlərinin adı da təhqir olunur:

“Şəhidlərin adları əks olunan abidə pis gündədir. Mən bir neçə dəfə onu silsəm də, abidə təmizlənməlidir. Ümumiyyətlə, bu parka baxan yoxdur”.

Qeyd edək ki, park həqiqətən də hər zaman baxımsız və bərbad gündə olur. Yalnız hər il yanvar ayının 18-dən 20-nə qədər parkda təmizlik işləri aparılıb. Şəhidlərin şərəfinə ucaldılan abidə təmizlənir.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən park əsaslı təmir və bərpa edilən obyektlər sıyahısındadır. Onun yaxın vaxtlarda təmir olunacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR