Onlayn ictimai-siyasi qəzet
Hadisə ötən gün Nizami rayonu ərazisində qeydə alınıb.
Musavat.com ölkə.az-a istinadən xəbər verir ki, Nurlan Hüseynov idarə etdiyi 10 EH 750 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada Türkan Əvəzzadəni vurub.
Hadisədən dərhal sonra xəsarət alan qızı Neftçilər xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdikləri yardımlara baxmayaraq ağır bədən xəsarətləri alan T.Əvəzzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, sürücü N. Hüseynov istintaqa cəlb olunub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ