İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobillərin nömrələri OĞURLANDI

Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlardan daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.

Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər - əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Qəhrəman Ceyhun oğlu Hüseynov məsuliyyətə cəlb edilib.

O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib.

Q.Hüseynov barəsində toplanmış material aidiyyəti üzrə göndərilib və müvafiq qərarla 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər. 

Screenshot_2.png (361 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR