Onlayn ictimai-siyasi qəzet
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
Belə ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu süpürən qadını vurub.
Zərbənin təsirindən qadın yol kənarında dayanan "Şuşa" restoranın ofisiantı 1999-cu il təvəllüdlü Şəhriyar Namiq oğlu Heydərova çırpılıb.
Ş.Heydərovun başı beton plitəyə dəyib. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.
Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ