Onlayn ictimai-siyasi qəzet
Paytaxt marşrut avtobuslarından birində sərnişinlərin diqqətini çəkən qeyri-adi elan sərgilənib.
Milli.Az-ın məlumatına görə, sosial şəbəkələrdə maraqlı bir iş elanı sürətlə yayılmağa başlayıb.
Avtobusun salonuna yerləşdirilən elanda bu ifadələr yer alıb: "Diqqət! Sərnişinlərin nəzərinə. Sürücünün nağd pul aldığını çəkilişlə çəkənə 30 manat mükafat verilir".
Qeyd olunan elan qısa müddət ərzində sosial mediada geniş rezonans doğurub. İstifadəçilərin bir qismi bunu maraqlı təşviq vasitəsi hesab etsə də, digərləri məsələni şəxsi məxfiliyin pozulması kimi qiymətləndirib.
Hazırda bunun hansı nəqliyyat şirkəti tərəfindən həyata keçirildiyi və bu təşəbbüsün məqsədi ilə bağlı rəsmi açıqlama yoxdur. Lakin ehtimallar ondan xəbər verir ki, bu cür addım sürücülərin nağd ödəniş qəbul etməsinin qarşısını almaq məqsədi daşıyır.
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ