Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.
Araşdırma aparılır.
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ