İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 2023-cü ildə yeni metrostansiya açılacaq?- RƏSMİ AÇIQLAMA

Ötən həftə dövlət başçısının iştirakı ilə metronun “Xocəsən” stansiyasının və elektrik deposunun açılışı olub. Yeni stansiya bənövşəyi “Avtovağzal”-“Memar Əcəmi-2” xəttinin dördüncü stansiyasıdır.

BAKU.WS-in məlumatına görə, “Xocəsən” stansiyasının istifadəyə verilməsi bənövşəyi xətt üzrə yeni "B4" stansiyanın nə vaxt açılacağını gündəmə gətirib. 

2023-cü ildə Bakıda yeni metrostansiyanın açılacağı maraqla qarşılanır. Bu suala cavab tapmaq üçün “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, hazırda bənövşəyi xəttin dördüncü yeraltı stansiyası inşa olunur:

"Bu stansiyada inşaat işləri ötən ildən başlayıb. 4 səviyyədən ibarət inşaat işlərinin ikinci səviyyəsində işlər barədə ictimaiyyət məlumatlandırılır. 2023-cü ildə 4 səviyyə üzrə inşaat işlərinin tamamlanması, daha sonra quraşdırma və digər tamamlanma işləri aparılacaq. Gələn il üçün inşaat işlərinin bir mərhələsi başa çatacaq.

2023-cü il ərzində stansiyanın nə vaxt istifadəyə veriləcəyi ilə bağlı məlumat veriləcək. Amma stansiyanın inşası uzun illər aparmayacaq. Bakının hidroloji vəziyyəti ilə bağlı 3 və 4-cü səviyyədə qurunt işlərində müəyyən çətinliklər yarana bilər. Həmin işlərin gedişində stansiyanın konkret təhvil vermə müddəti ilə bağlı məlumat veriləcək. 2023-cü ildə yeni stansiyanın təhvil verilməsi gözlənilmir, çünki qazıntı işləri hələ davam edir".

Qeyd edək ki, Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq və uzunluğu 18,5 km olacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. "8 Noyabr" stansiyası isə 2021-ci il may ayının 29-da açılıb və 2 gün sonra ilk sərnişinlərini qəbul edib. Bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR