İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Xankəndiyə belə daxil olur – Dünən Qarabağda əslində nə baş verib? – Üzeyir Cəfərovla Ramil Məmmədli “CANLI”da

Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından əhəmiyyətlidir. Birincisi, Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirdi;

İkincisi, erməni əhalisi problemləri yaranacağı təqdirdə, Azərbaycanın dərhal yardım etdiyini gördülər;

Üçüncüsü, separatçılar reinteqrasiya prosesinin qarşısını almağa çalışsa da, bu kimi hadisələr erməni əhalisində birgəyaşayışın mümkünlüyü haqda rəy formalaşdıra bilər;

Və baş verən hadisə Bakının Xankəndiyə tədricən daxil olmasının da nümunəsi hesab edilə bilər.

Dünən Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkliyi məlum olub. Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Digər 23 erməni isə Gorusa qayıdıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspertlərin - Üzeyir Cəfərov və Ramil Məmmədlinin gündəm müzakirəsi olacaq. Müzakirədə tamaşaçılarımız da sual və rəyləri ilə iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR