İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt yolunda “BMW” yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "BMW" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR