Onlayn ictimai-siyasi qəzet
Bu gün paytaxt Bakımızın səmasında ecazkar mənzərə müşahidə olunub.
Yağmurun ardınca Göy qurşağı Xəzər dənizi ilə səma arasında “körpü” salıb və bir neçə dəqiqə ərzində paytaxt sakinləri və şəhərimizin qonaqları bu füzunkar təbiət hadisəsini seyr ediblər, fotolar, videolar çəkiblər.
Bakı üçün nadir hadisələrdən olan təbiət mənzərəsini Musavat.com-un əməkdaşı qeydə alaraq, dəyərli oxucularımıza çatdırır.
Musavat.com
13 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ