İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinlərinin liftdəki "Sirat körpüsü": Yerlə göy arasında bir kvadratmetrlik "məzar" - VİDEO

Paytaxt Bakıda yerləşən bəzi binalarda liftlərin vəziyyəti istismar üçün yaxşı olsa da, təəssüf ki, bu fikri bütövlükdə bütün liftlərə aid etmək mümkün deyil. Belə ki, çoxmərtəbəli yaşayış binalarının bir çoxunda artıq ciddi təhlükə mənbəyinə çevrilən liftlər ya qəzalı vəziyyətdədir, ya da ümumiyyətlə, işləmir. Hətta qəzalı liftlərlə bağlı problemin aradan qaldırılmaması bədbəxt hadisələrə də yol açır.

Bakı sakinlərinin istifadəsində olan liftlərin vəziyyətini yerində araşdırmaq üçün paytaxtdakı bir neçə ünvana baş çəkib.

Paytaxtın Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən çoxmərtəbəli yaşayış binalarında müşahidə etdiyimiz vəziyyət eynidir, bu binaların sakinləri bildirir ki, liftlə bağlı davamlı problem yaşayırlar.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Tural Qocayevin sözlərinə görə, istismarda olan liftlərin sıradan çıxmasının səbəbi texniki nəzarətin düzgün təşkil edilməməsi, xidmət və təmir işlərinin vaxtında aparılmamasıdır.

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyir ki, liftdən istifadə zamanı qəza baş verdikdə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır, ona görə də liftlərin təhlükəsiz istismarına mütləq ciddi nəzarət edilməlidir.

“Lifttəmir” İstehsalat Birliyindən isə bildirildi ki, qurumun balansında olan, istismar müddəti başa çatmış, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir. Ancaq o da qeyd olundu ki, Birlik yalnız Dövlət Mənzil Fondunun balansında olan binalara xidmət göstərir, MTK-lar və ya sovet dövründə tikilmiş kooperativ evlər onların xidmət dairəsinə daxil deyil.

Daha ərtaflı "Report"un videomaterialını təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR