İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri separatçılara bu cəzanı istədi - VİDEOSORĞU

Sentyabrın 28-də Qarabağdakı qondarma qurumun müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim oldu. Bununla da seperatçı rejim özünü tamamilə buraxmış oldu.

Xatırladaq ki, ötən gün də qondarma qurumun naziri vəzifəsində çalışmış Ruben Vardanyan həbs olunaraq, Bakıya gətirilib. Digər seperatçıların da həbs edilməsi və yaxud könüllü təslim olması gözləniləndir. Bütün bunlar onu göstərir ki, Azərbaycan bu istiqamətdə qarşısına qoyduğu məqsədləri bir-bir həyata keçirir. Təbii ki, bu proseslər Azərbaycan əhalisini sevindirir, çünki hər kəs etdiyi əməlin cəzasını görməlidir və görəcək də. Həmin seperatçıların, terrorçuların əli Azərbaycan xalqının qanına batıb.

Bəs Azərbaycan əhalisi, Bakı sakinləri necə düşünür, seperatçılara hansı cəza verilməlidir? Azərbaycan Prezidenti bir müddət əvvəl çıxışlarında qeyd etmişdi ki, onların bəziləri əfv olunacaq, aministyaya düşəcək. Kimlər əfv olunmalı, kimlərə qarşı humanist davranmalıyıq?

TV Müsavat-ın əməkdaşları bu və digər suallarla Bakı sakinlərə müraciət edib, onların rəyini öyrənməyə çalışıb. Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR