İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 3 milyon 930 min 521 ton yük aşırılıb.

Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib.

Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,3 % çoxdur.

İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 min 030-u ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8 % üstələyib.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi 3 milyon 695 min 910 ton, TEU konteynerlərin sayı isə 30 min 869 ədəd olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR