İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar, 6-7 may tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilib.

Musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafadan saat 15:30-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Xatırladaq ki, marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR