İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağda bacısı ilə birgə tutduğu qonşusunun atasını bıçaqlayan şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Səxavət Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Musavat.com pravda.az-a istinadən xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

İttihama görə, 25 mart 2023-cü tarixdə, saat 4 radələrində Göygöl rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səxavət Əsgərov onlarla bir yerdə yaşayan, nikahı pozulmuş bacısı Nəzrin Əsgərovanı (şərti) qonşusu Namiq Babayevlə (şərti) gecə saatlarında yaşadıqları evin həyətyanı sahəsində qucaqlaşarkən görüb. O, həmin şəxslərin arasında sevgi münasibətləri olmasından şübhələnib. Bu zaman Səxavət onlara yaxınlaşıb. Lakin bacısı ilə Namiq oradan qaçıblar. Təqsirləndirilən şəxs də Namiqin arxası ilə gedib. O, Namiqin evinə daxil olduğunu görüb. Daha sonra Səxavət qonşusunu çağırıb. Bu zaman həyətə Namiqin atası, zərərçəkmiş Həsən Babayev gəlib. Səxavət ona oğlunun bacısı ilə münasibətdə olmasını, Namiqin namussuzluq etdiyini bildirib. Zərərçəkmiş şəxs isə oğlunu müdafiə edərək ona ağır ifadələr işlətməməsini söyləyib və onların arasında mübahisə yaranıb. Bu zamanı Səxavət özü ilə gətirdiyi mətbəx bıçağı ilə Həsənin sinə nahiyəsinə bir neçə dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

Daha sonra Səxavət Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR