İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bağçalar, məktəblər bağlanmalıdır, çünki...” - Pediatrdan XƏBƏRDARLIQ 

“Qızılcanın 25-30 yaşlarda bu sıxlıqda yayılmasını ilk dəfədir görürəm”.

Musavat.com xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev bildirib.

VAQİF.jpg (31 KB)

O deyib ki, böyük, yaşlı insanların da qızılcaya tutulmasını “yenilik” hesab etmək olar: “Epidemiyalar artan xətlə davam edir. Hazırda qrip, su çiçəyi, skarlatina, göyöskürək və qızılca yayılmaqda davam edir. Digər mövsümi respirator xəstəliklər də bu viruslara qarışıb, ölkədə təhlükəli bir mənzərə yaranıb”.

Çıxış yollarından danışan həkim əlavə edib ki, ən vacib olan peyvəndlərin vaxtında vurulmasıdır: “İllərdir deyilir. Uşaqlarını qorumaq istəyən valideynlər qorudular, peyvəndlərini etdilər. Bununla belə, virusların belə sürətlə yayılmasını nəzərə alaraq təhsil müəssisələri dərsləri bir müddət onlayn şəkildə keçə bilər. Ümumiyyətlə, uşaq kollektivlərinin bağlanmamasını düzgün hesab etmirəm. Yəni uşaqlar da, böyüklər də əksər hallarda məktəblərdən, bağçalardan yoluxurlar”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR