Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Alyaskaya yaxınlaşarkən ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən qorunacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Newsweek"ə açıqlamasında Kanada Kral Hərbi Hava Qüvvələrinin keçmiş komandir müavini, istefada olan general-mayor Skott Klansi bildirib.
Klansi qeyd edib ki, Alyaskada ABŞ Hərbi Hava Qüvvələrinin iki böyük bazası, "Elmendorf-Riçardson" və "Fairbanks" fəaliyyət göstərir. Burada beşinci nəsil "F-22" və "F-35" qırıcıları ilə yanaşı, E-3 Havadan Xəbərdarlıq və İdarəetmə Sistemi (AWACS) təyyarələri də mövcuddur.
Ekspert vurğulayıb ki, Putin Alyaskaya Rusiya Aerokosmik Qüvvələrinin qırıcıları olmadan da səyahət edə bilər. Lakin Rusiya təyyarələri prezidentlə birlikdə ABŞ hava məkanına qədər təhlükəsizliyini təmin edə bilər.
"Flightradar24"ün məlumatına görə, ABŞ bu görüş üçün iki "B-2" Spirit strateji bombardmançı təyyarəsini Alyaskadakı "Elmendorf-Riçardson" Hərbi Hava Qüvvələri bazasına yerləşdirib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp artıq Alyaskaya yola düşüb və planlaşdırılan görüş üçün hazır vəziyyətdədir.
Musavat.com
30 Sentyabr 2025
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ