İnsanlara hürriyət, millətlərə istiqlal!

AzTV-nin baş rejissoru işdən çıxarıldı

AzTV-nin baş rejissoru Ziya Ağa vəzifəsindən uzaqlaşdırılıb.

Musavat.com Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə əmri bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov imzalayıb.

Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az-a təsdiqləyib.

O bildirib ki, baş rejissor öz ərizəsi ilə işdən uzaqlaşdırılıb: “Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur”.

Qeyd edək ki, dünən AzTV-nin bədii rəhbəri Ranar Musayevin işindən ayrılmasıyla bağlı xəbər yaymışdıq.

AzTV-dən onun vəzifəsindən kənarlaşdırılmasını əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmişdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR