İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərsun" şirkəti AÇIQLAMA YAYDI

"Azərsun" şirkəti "Saville" makaronları ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. 

Şirkətdən qeyd olunub ki, görüntülər reallığı əks etdirmir. 

Açıqlamanı təqdim edirik: ""Saville" makaron məhsulu ilə bağlı sosial media platformalarında yayımlanan görüntülərlə bağlı bildirmək istəyirik ki, görüntülər həqiqəti əks etdirmir. Makaron məhsullarının çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırıldığını nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media qurumlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək".

 

adfdeac2-240f-4afa-a3b8-9f63d1ab3df3.jpg (131 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR