Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın qərb bölgəsinə yağan intensiv yağışlar bir sıra fəsada yol açıb.
Musavat.com-a daxil olan məlumata görə, qaz və elektrik xətlərinə ziyan dəyib.
“Azərişıq” ASC-dən saytımıza verilən məlumata əsasən, elektrik enerjisinin verilməsində problem yaranmayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dağlıq və çay kənarlarında yaşayan əhaliyə çağırış edib. Nazir müavini deyib ki, hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir: “Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var. Ona görə də dağlıq, xüsusilə də çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olmaq tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın yerlər daim təhlükəli yerdir. Bəzən insanlar sel hadisəsinin yaxınlığında prosesi izləyirlər. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ