İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Bərdə rayonunda vətəndaş qəbulu keçiriləcək.

Musavat.com xəbər verir ki, 18 aprel saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Bərdə və Tərtər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 050-845-74-17; 050-845-93-91; 022-236-35-42) müraciət edə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR