İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz”ın “Açıq mikrofon”u daha 5 rayonda qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə daha 5 rayonda keçiriləcək.

Bu barədə Musavat.com-a "Azəriqaz” İB-dən məlumat verilib.

İyulun 25-29-u saat 11:00-da keçiriləcək aksiya həftənin 1-ci günü Xaçmaz şəhərində (Bakı prospekti, Çənlibel parkı), 2-ci günü Şabran şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü Siyəzən şəhərində (Heydər Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı), 4-cü günü Quba şəhərində (Heydər Əliyev prospekti, Gənclər Parkı), 5-ci günü Qusar şəhərində (Heydər Əliyev prospekti, Rəsm Qalereyasının qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR