İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azercell”in şəbəkəsi çöküb? - AÇIQLAMA, YENİLƏNİB

“Müraciətinizlə əlaqədar bildiririk ki, “Azercell Telekom” MMC-nin şəbəkəsində hazırda hər hansı kütləvi çətinlik müşahidə edilmir. Xahiş edirik nəzərə alasınız ki, “Azercell Telekom” MMC-dən asılı olan və olmayan səbəblərdən yaranan çətinliklərlə bağlı KİV və ya digər kommunikasiya kanalları vasitəsilə abunəçilərə məlumat təqdim edilir. Qarşılaşılan halın araşdırılması, yaranma səbəblərinin müəyyən və həll edilməsi məqsədilə çətinlik qeydə alındığı ünvanı və nömrələr barədə məlumat təqdim edilməsini xahiş edirik”, - “Azercell Telekom” MMC-nin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib. 

***

“Azercell”in şəbəkəsinin çökdüyü barədə məlumat yayılıb. Bildirilir ki, bir neçə saatdır şəbəkədə problemlər yaşanır.

“Azercell”in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, bu barədə şirkətə hər hansı bir məlumat, sorğu daxil olmayıb:

“Ümumi bir çətinlik də yoxdur. Ümumi çətinlik olanda bu haqda məlumatımız olur. Heç bir problem yaşanmayıb”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR