Onlayn ictimai-siyasi qəzet
Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin doktorantura səviyyəsinə qəbul olub.
Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.
Bildirilib ki, o, universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilib və ildə 100 min dollar təqaüd qazanacaq.
Qeyd edək ki, E.Həsənov 2019-cu ildə universitetə 675 balla daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəriciləri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb.
BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodunu istifadə edib. Bu tətbiq dünya miqyasında da sadəcə bir neçə layihədə mövcuddur.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ