Onlayn ictimai-siyasi qəzet
Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub. Ankara Qazi Universitetində təhsil alıb. Əmək fəaliyyətinə həmkarlar ittifaqında başlayan Yücel Artantaş Ankara Böyükşəhər Bələdiyyəsində və digər təşkilatlarda mühüm vəzifələrdə çalışıb. Həmvətənlərimizin təşkilatlanmasında, Azərbaycan icmasına məxsus ictimai təsisatların formalaşmasında, onların Türkiyə cəmiyyətinə inteqrasiya olunmasında yaxından iştirak edib.
O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.
Y.Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Yücel Artantaşa ölkəmizin bu yüksək mükafatını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il martın 16-da Heydər Əliyev Sarayında keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında təqdim edib.
10 Noyabr 2024
03:17
09 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ