İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı “qanuni oğru”ların qanlı “razborka”sı- “Gəncinski” və “Ağcabədinski”...  

Rusiyanın primecrime.ru saytı xəbər verir ki, Moskva vilayətinin Leninski rayonunda, “Vidnaya Zastava” restoranın yaxınlığında Azərbaycandan olan kriminal qruplar arasında qanla bitən “razborka” olub.

 Musavat.com xəbər verir ki, hadisənin bir neçə gün əvvəl baş verdiyi deyilir.  

Məlumata görə,  kriminal aləmdə daha çox “Rufo  Gəncinski” kimi tanınan 42 yaşlı “qanun oğru” Ülfət Tağıyev   “Dato Ağcabədinski” kimi tanınan 38 yaşlı “qanun oğru” Cavid Məmmədov “razborka” edib. Onların hər ikisinin yanında öz adamlar olub.  Mübahisəyə çevrilən söhbət zamanı silahlar işə düşüb, nəticədə  bir azərbaycanlı öldürülüb, biri isə çiynindən yaralanıb. 

Rusiya saytının iddiasına görə, dindirilmə zamanı ekspertlər belə qənaətə gəliblər ki, “Rufo Gəncinski”  narkotikin güclü təsiri altında olub - belə ki, əməliyyatçıların suallarını cavablandırarkən  qeyri-adekvat olub. Eyni zamanda, ondan  “qanuni oğru” olub-olmaması barədə soruşulduqda  tərəddüd etmədən “oğru statusu”nu təsdiqləyib.

0.jpg (14 KB)

Bununla belə, azərbaycanlı “qanuni oğru” haqda sərt tədbir görülməyib. Bildirilir ki, Moskvada “cinayət aləminə” nəzarət etmək üçün asayiş keşikçiləri   hər millətdən bir və ya iki “qanuni oğru”nun azadlıqda qalmasında maraqlıdır. Primecrime.ru-nun iddiasına görə, indi Qafqazda kriminal qruplar arasında  azərbaycanlılar ən zəngin və təhlükəli sayılırlar. İndi onlara eyni anda üç  “qanuni oğru” nəzarət edir: “Rufo”, Taleh və Vaqif. Son ikisi bir-biri ilə münasibətləri yaxşıdır,  “Rufo”ya isə məsafəli davranırlar. 

da50792f8349a5bf10ed8db730e054ec_1675819812.jpg (77 KB)

Yada salaq ki, “Rufo Gəncinski”   1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından sayılırdı.  “Gəncinski” 2012-ci ildə Dubayda- “Lənkəranski”nin  Moskvada hökmranlıq edən “Ded Xasan” klanı ilə qarşıdurmanın qızğın vaxtında “qanuni oğru” adı alıb. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlayıblar. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib. 

 8 illik cəzasını çəkdikdən sonra onun  Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi.  Etibarlı mənbələrdən sızan məlumata görə, “Rufo”nun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və hazırda Moskvada yaşayır. Başqa bir məlumata görə, “Rufo”  “Rövşən Lənkəranskinin”  yaxın qohumu  Zaurun  yanındadır.  Onun  tez-tez Moskvanın mərkəzindəki Novıy Arbat küçəsində yerləşən “Matç Point” restoranında olduğu da deyilir.

e7b3348e4dae92ab837a4607a91d4ff1_1509622945.jpeg (387 KB)

Cavid İltizam oğlu Məmmədov isə 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. Bir müddət sonra o, Moskvaya köçüb, orada yaşayıb. Burada kriminal aləmə qoşulub.

2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək  həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.  2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan "Vladimir Sentral"a göndərilib. 2013-cü iyunun 27-də Yunanıstanda keçirilən "sxodka"da  ona "qanuni oğru" adı verib. 

Orxan ƏLİYEV,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR