İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı milyarder “Yandex”I alır - 7, 5 milyarda...

Vladimir Potanin və "Lukoyl"un sabiq prezidenti Vahid Ələkbərov “Yandex” in səhmlərini almaqla bağlı təklifə son cavabı gözləyirlər

Rusiyalı iş adamları, "İnterros"un rəhbəri Vladimir Potanin və "Lukoyl"un sabiq prezidenti Vahid Ələkbərov “Yandex” in Rusiyadakı nəzarət səhmlərini 7-7,5 milyard dollara onlara satmaq barədə təklif göndərib. Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

“Yandex”in Rusiyadakı və xaricdəki aktivlərinə nəzarət edən Hollandiya Yandex N.V.-nin Direktorlar Şurası təklifin müzakirəsini gələn həftə Dubayda bir sıra görüşlərdən sonra verə bilər". Agentliyin həmsöhbətləri qeyd edirlər ki, tərəflər sövdələşmə üzrə razılığa gələcəkləri gözlənilir.

“Yandex”, Potanin və Ələkbərov nümayəndələri danışıqlarla bağlı məlumatı şərh etməkdən imtina ediblər.

yandex_060315.jpg (53 KB)

Söhbət 560-600 milyard rubl (7-7,5 milyard dollar) dəyərində qiymətləndirilən “Yandex” in Rusiya biznesinin ən azı 51%-ni almaqdan gedir. “Bloomberg” əlavə edir ki, “Yandex”in əsas hüquqi şəxsi, həm Rusiya, həm də xarici aktivlərini idarə edən “Yandex N.V.” dost olmayan Hollandiyanın yurisdiksiyasındadır.

Hökumətin xarici səhmdarların Rusiya aktivlərindən çıxması ilə bağlı tələblərinə əsasən, 50% endirim tətbiq edilməlidir. Müvafiq olaraq, 560-600 milyard rubl da məhz 50 faiz endirimlə olan qiymətləndirmədir. Əvvəlki qiymət iki dəfə yüksək- yəni 1,1-1,2 trilyon rubldur. İndi Moskva Birjasında yalnız Hollandiya “Yandex”inin səhmləri satılır və Nyu-York Birjasında ticarət dayandırılıb.

Bütün “Yandex”-in cari bazar kapitallaşması 725,5 milyard rubl təşkil edir. “Finam Group”un analitiki Leonid Delitsin Rusiya “Yandex”-in biznesi 1,1-1,2 trilyon rubla dəyər.

Xəbər “Bloomberg” də dərc edildikdən sonra “Yandex”-in Moskva birjasında səhmləri artmağa başlayıb. Səhmlərin dəyəri 11,8% artaraq 2271,4 rubla çatıb. İndi şirkətin əsas səhmdarı “Yandex”-in təsisçisi Arkadi Volojun ailəsinə məxsus “LASTAR Trustə” aiddir. Səhmlərin 45,1%-nə və nizamnamə kapitalının 8,5%-nə onlar nəzarət edir. Səhmlərin 46,5%-i və nizamnamə kapitalının 87,9%-i sərbəst dövriyyədədir. “Yandex”-in əsas fəaliyyət istiqamətləri axtarış, e-ticarət və nəqliyyatdır.

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini ötən il tərk edib. V. Ələkbərov “Lukoyl” şirkətinin səhmlərinin 3,12%-nə nəzarət edirdi. Bundan əlavə, sahibkar etimad və investisiya fondları vasitəsilə səhmlərin 5,43%-ində benefisiar iqtisadi marağa (səsvermə hüququ olmadan) malik idi.
V.Ələkbərov şirkətə 1993-cü ildən şirkətə rəhbərlik edib. O, Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir. Onun son olaraq sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR