İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı dəmirçi Ərdoğana elə bir şey hədiyyə etdi ki... - FOTOLAR

Gəncə şəhərində dəmirçi işləyən, Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin üzvü olan Vidadi Verdiyev İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xüsusi qılınc hazırlayıb.

Musavat.com xəbər verir ki, V. Verdiyev 8 aya ərsəyə gətirdiyi və “Zəfər” adını verdiyi, Qarabağ motivləri işlənmiş qılıncı Ərdoğana göndərib.

Qılınc dünən Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin sədri Halit Kanak tərəfindən Türkiyə liderinə təqdim edilib.

Vidadi Verdiyev hazırladığı "Zəfər qılıncı" ilə bağlı bunları deyib:

“Bütün Azərbaycan xalqı Türkiyənin yanındadır. Biz sona qədər bir millət, iki dövlətik. 44 günlük müharibədə Qarabağ torpaqlarımızı erməni işğalından azad etdik. 44 günün sonunda böyük qələbə qazandıq. Qələbəmizdə türk qardaşlarımız yanımızda olub, köməklərini əsirgəməyiblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəyini əsirgəmədi və sona qədər bizimlə oldu. Bundan ruhlanaraq 44 günlük müharibədən sonra qılınc düzəltməyə qərar verdim. Çünki türklər qələbə zamanı döyüş qəhrəmanlarına qılınc və ya at verirlər. Bu,Qarabağ motivləri ilə işlənmiş “Zəfər qılıncı”dır.

Bildiyiniz kimi, Şuşa Azərbaycanın sivilizasiya mərkəzidir və Qarabağa aid olan qılınc qutusunun üzərində musiqiçilərin, yazıçıların, şairlərin motivləri var. Qında Qarabağın hər bölgəsinin simvollarını işləmişəm. Burada Xarıbülbüldən, Şuşa qalasından, Ağdam məscidindən, Füzulidən, Laçından olan tarixi abidələrin rəmzləri var. Üzərini dəmir və təbii daşlarla öz əllərimlə bəzəmişəm. Qılınc bərk poladdan hazırlanıb. Allah türkü qorusun!”

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR