İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı aktyor SƏRT TƏNQİD ETDİ: “Hörməti, nüfuzu olmayanlar...”

“Bu gün teleməkandakı vəziyyət, daha doğrusu, hərc-mərclik narahatlıq yaratmaya bilməz. Efiri zəbt edərək cəmiyyətə mədəniyyətsizlik, səviyyəsizlik yayan bəzi aparıcılar təkcə reytinq deyil, həm də necə deyərlər, ulduz xəstəliyinə tutulublar”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında gənc aktyor Niftalı Namazlı deyib. O, bəzi aparıcıları sərt şəkildə tənqid edib:

“Onlar belə hesab edir ki, tamaşaçı yanlız onların gecə-gündüz təbliğ etdiyi savadsız, dar düşüncəli, işi-gücü qalmaqal yaratmaq olan oxuyanlar kimi yaşamalı, onlardan nümunə götürməlidirlər. Üstəlik mətbuat belə aparıcıları tənqid edə bilməz. Guya onlar toxunulmazdırlar”.

N.Namazlı kanalların tamaşaçıları itirmə səbəbini də vurğulayıb:

“Ən acınacaqlısı da odur ki, belə aparıcılar əksər hallarda özlərinə yaxın insanları ekspert qismində verilişlərinə çıxarıb tamaşaçılara təqdim edirlər. Cəmiyyətdə heç bir hörməti, nüfuzu və çəkisi olmayan belə "ekspertlərdən" biz tamaşaçılar necə nümunə götürə bilərik?

Ona görə telekanallar cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır, öz tamaşaçılarını sürətlə itirirlər. Bu gün teleməkanımıza dedi-qodu, tərbiyyəsizlik yayan yox, cəmiyyətin marağını əks etdirən proqramlar lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR