İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Çin münasibətlərində yeni mərhələ- Strateji Tərəfdaşlıq haqqında Bəyannamə

 

“Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına ikinci dəfə fəxri qonaq qismində dəvət olunması ölkəmizin apardığı uğurlu beynəlxalq siyasətinin və artan nüfuzunun göstəricisidir.  Dövlət başçımız Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirdi və ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı”.

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib. O prezidentin Çinli həmkarı Si Cinpin ilə müzakirələrinə xüsusi diqqət çəkib: “Çin dünyanın ən böyük iqtisadiyyatı, əhalisi olan və dünya siyasətinə təsir gücünə malik ölkədir. Görüş çərçivəsində dövlət başçılarımız ölkələrarası münasibətlərin mövcud vəziyyəti və gələcək perespiktivlər ətrafında danışdılar. Azərbaycanla Çin arasında 3 milyard dollardan çox ticarət dövriyyəsi mövcuddur. Çin Azərbaycanın ən böyük idxalçılarından biridir. O cümlədən Azərbaycan Çinin  6 şəhərində ticarət evləri açıb, qeyri-neft istehsalımızın bu bazarlara çıxarılması üçün işlər aparılır. Çinlə Azərbaycan arasındakı əməkdaşlıq çoxşaxəlidir. Görüş çərçivəsində imzalanmış Azərbaycanla Çin arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafında yeni səhifə açır. Ölkələrimiz arasında münasibətlərdə  regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizə, iqtisadi, humanitar, turizm sahəsində əməkdaşlığın gennişləndilməsi xüsusi yer tutur. Belə ki, Azərbaycana Çindən yüksək texnologiyalar və innovasiyalar sahəsində investisiyalar daxil olunur. Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək. O cümlədən Çin prezidenti də Azərbaycan vətəndaşları üçün eyni qaydanın tətbiqinə baxılacağını qeyd etdi. Azərbaycanda çin dilinin öyrənilməsinə diqqət artırılacaq”.

Deputat qeyd etdi ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf etdiriləcək: “Azərbaycan Çinin təşəbbüsü olduğu “Bir kəmər bir yol” layihəsinin aktiv iştirakçısıdır. Belə ki, ərsəyə gətirdiyimiz Cənub-Şimal, Qərb-Şərq nəqliyyat dəhlizləri, o cümlədən Transxəzər nəqliyyat marşrutu, Bakı-Tbilisi-Qars dəhlizi Çindən çıxan yüklərin Avropaya və əks istiqamətdə daşınmasına yeni imkanlar yaradır. Azərbaycan Çinin vahid Çin siyasətini dəstəkləyir və Çinin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu qeyd edərək Tayvanda keçirilən seçkiləri pisləyib. O  cümlədən Çin də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bu gün də ölkəmizin irəli sürdüyü təşəbbüsləri dəstəklədiyini ifadə edir. Dövlət başçılarımız görüşdə bir-birini  rəsmi səfərlərə dəvət etdi və Çin dövlət başçısı COP 29 -da yüksək səviyyədə təmsil olunacağını bildirdi. Təbii ki, bu, dövlətlərimiz arası münasibətlərin çox yüksək səviyyədə olmasının göstəricidir”.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR