İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın turizm imkanları MBD ölkələrində silsilə tədbirlərlə tanıdılır

22-29 avqust tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana, Rusiyanın Moskva və Sankt-Peterburq, Belarusun Minsk şəhərində Azərbaycan turizminə həsr edilmiş silsilə tədbirlər təşkil edilib.

Dövlət agentliyindən Musavat.com-a verilən məlumata görə, təbliğat tədbirlərində ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 14 yerli tərəfdaş təmsil edib.

Tədbirlər çərçivəsində ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən B2B (Biznesdən biznesə) formatlı görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat təqdim olunub.

Bundan əlavə, xarici turizm sənayesi nümayəndələrinə Azərbaycanda mövcud olan sağlamlıq turizm obyektləri və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də digər turizm məhsulları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 785 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20%-dən çox artımdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR