Onlayn ictimai-siyasi qəzet
İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangir Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin cəza hökmünün icrası ilə bağlı açıqlama verib.
Musavat.com-un məlumatına görə, O bildirib ki, İran məhkəmə sistemi hökmün icrası üçün tam hazırdır.
Əsğər Cahangirin sözlərinə görə, qanunvericiliyə əsasən, hökmün icrası üçün məhkumun valideynləri və ya onların vəkili məhkəmə sisteminə qisasın icrası barədə vəsatət təqdim etməli və ya icra zamanı iştirak etməlidirlər.
"İndiyədək mərhumun qəyyumları və ya onların vəkilləri bu məsələ ilə bağlı bizə müraciət etməyiblər. Bu səbəbdən, məhkəmə sisteminin tam hazır olmasına baxmayaraq, hökm hələ icra olunmayıb", – deyə Ə.Cahangir əlavə edib.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfər həlak olmuş, iki nəfər yaralanmışdı.
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ