Onlayn ictimai-siyasi qəzet
"Hazırda qeyri-neft ixracının artırılması məqsədilə 10 ölkə ilə azad ticarət sazişi və Türkiyə Respublikası ilə Preferensial Ticarət Sazişi qüvvədədir".
Musavat.com xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışında deyib.
Nazir müavini qeyd edib ki, Türkiyə ilə imzalanmış preferensial sazişə əsasən, bir sıra kənd təsərrüfatı məhsullarına və digər Azərbaycan və Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.
Elnur Əliyev bildirib ki, neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır:
"Bu ilin 10 ayında Azərbaycanın ixracı 29 milyard ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15 milyard ABŞ dollarından çox olub.
Qeyri-neft-qaz sektorunun ixracı isə 11 faizdən çox artaraq 2,7 milyard ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatıb. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı 23 faiz təşkil edib".
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ