Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.
Bu sözləri Musavat.com-un əməkdaşına Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, 11.5 mm istiqlal snayper tüfəngi Azərbaycan istehsalıdır:
"Bu silah döyüş əməliyyatlarında uğurla istifadə olunub. Silahın satışı məhduddur və məhdud ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir".
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ