Onlayn ictimai-siyasi qəzet
Azərbaycan 2025-ci ilin yanvar ayında xaricdən diri ətlik heyvan idxalını kəskin artırıb.
Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəmizə 7646 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub.
Bu idxal üçün xaricə çıxarılan vəsaitin həcmi isə 6 milyon 506,85 min dollara bərabər olub.
Ötən ilin ilk ayında xaricdən 2 milyon 646,92 min dollar dəyərində 3128 baş ətlik iribuynuzlu heyvan gətirildiyini nəzərə alsaq, bu il idxalın dəyər baxımından 2,5 dəfə, say baxımından isə 2,4 dəfə artdığını görərik.
İribuynuzlu heyvanların 4967 başı Rusiyadan, 1790 başı Qazaxıstandan, 889 başı Gürcüstandan alınıb.
Rəsmi statistikadan o da aydın olur ki, ötən ilin yanvarında xaricdən diri qoyun idxalı qeydə alınmamışdısa, bu il 368,33 min dollar dəyərində 3665 baş diri qoyun alınıb. Bu qoyunların 2745 başı Rusiyadan, qalanı Gürcüstandan idxal edilib.
Bu ilin 1 yanvarına Azərbaycanda olan inək və camışların sayı illik ifadədə 12 min baş azalaraq 1 milyon 235,1 min başdan 1 milyon 223,1 min başa, qoyun və keçilərin sayı isə 210,4 min baş azalaraq 7 milyon 60,6 min başdan 6 milyon 850,2 min başa düşüb.
Musavat.com
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ