İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə hərbi yardım NATO-nun müdafiə xərclərinə daxil ediləcək

NATO-ya üzv dövlətlərin Ukraynaya göstərdiyi hərbi yardım onların müdafiə xərclərinə hesablana bilər və bu adətən ÜDM-in 5 %-nə çatmalıdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda bildirib.

Q.Nauseda qeyd edib ki, NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmaq ambisiyaları əvvəlkindən qat-qat əhəmiyyətlidir: "Bu, Haaqa sammitinin ən mühüm nəticəsi olmalıdır", - Litva Prezidenti deyib.

Qeyd edək ki, 2024-cü ildə Litva hər il ÜDM-in 0,25 %-ni Kiyevə müdafiə və təhlükəsizlik ehtiyacları üçün ayırmağı öhdəsinə götürüb ki, bu da təxminən 190 milyon avro təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR