İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb

Azərbaycanın daha bir güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə ukraynalı Andrey Sviridlə qalib gəlməklə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl təmsilçimiz İslam Bazarqanov (57 kq) üçüncü yer uğrunda görüşdə qələbə qazanmaqla ilk medalı yığmanın aktivinə yazdırıb.

Daha bir bürünc medal uğrunda qarşılaşmaya Kənan Heybətov (70 kq) çıxacaq. O, macarıstanlı İsmayıl Musukayevlə üz-üzə gələcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR