İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur otel AQTA-nın cəriməsini ləğv etdirdi- 4 il sonra gələn məktub

Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur “East Legened” oteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, Agentlik 4 il sonra protokol üzrə yazılmış cərimənin ödənilməsini istəyib.

Musavat.com xəbər verir ki, Agentlik 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.

Hadisədən 4 il keçdikdən sonra Agentlik otel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin otel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.

Belə ki, Agnetliyin 4 il sonra otelə məktubla müraciət edərək həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılnasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.

Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə otel məsuliyyətə cəlb edilə bilməz.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR