Onlayn ictimai-siyasi qəzet
Zaqatala rayonunda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək.
Ölkə başçısının 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası ilə əlaqədar Zaqatala şəhərində bir ədəd “ASAN xidmət” avtobusu vasitəsilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir.
Bu proses 2025-ci il yanvarın 1-nə kimi davam edəcək. Belə ki, 1 yanvar 2025-ci il tarixdən sonra müraciət edən vətəndaşlar çıxarışların əldə edilməsi üçün ən azı 236 manat ödəməli olacaqlar.
Hazırda rayonun müvafiq təşkilatları, xüsusən yerli bələdiyyə və icra orqanları, sakinlərin bu fürsətdən yararlanmaları üçün maarifləndirmə işi aparırlar.
Görüşlərdə yuxarıda göstərilənləri nəzərə alaraq sakinləri “Çıxarış” əldə etmələri üçün rayon mərkəzində fəaliyyət göstərən “ASAN xidmət” avtobusuna müraciət etmələri tövsiyə edilir. (Bizim.media)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ