Onlayn ictimai-siyasi qəzet
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz dəqiq məqsədlərə çatmaq və ölkənizə sədaqət nümayiş etdirməklə peşəkar fəaliyyətinizdə çox uğurlara nail olmusunuz. Sizin uzaqgörən dövlət xadimi və müdrik lider keyfiyyətləriniz sayəsində Azərbaycan Respublikası böyük inkişaf və tərəqqi əldə edib, beynəlxalq arenada ölkənizin nüfuzu durmadan yüksəlir.
Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Sizin daimi diqqətinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası dialoq üzrə tərəfdaş kimi təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə səy göstərir. Əminəm ki, Sizin dəstəyinizlə biz qarşılıqlı faydalı əməkdaşlıq üçün daha çox səy göstərəcəyik.
Sizə və ailənizə səmimi-qəlbdən xoşbəxtlik və cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ