Onlayn ictimai-siyasi qəzet
Bu gün saat 21:29-da Quba rayonunda 3,5 maqnitudalı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Quba seysmoloji stansiyasından 20 km cənubda qeydə alınıb. Zəlzələ ocağı 39 kilometr dərinlikdə yerləşdiyindən təbii hadisə hiss olunmayıb.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ