Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyard 391,1 milyon manat investisiya yönəldilib.
Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz azdır.
On ayda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,0 faiz azalıb.
Ümumi sərmayənin 7 milyard 308,6 milyon manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinin, 5 milyard 162,4 milyon manatı (35,9 faizi) xidmət sahələrinin, 1 milyard 920,1 milyon manatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Yaşayış evlərinin tikintisinə yatırılan investisiyalarda 2,6 dəfədən çox artım qeydə alınıb.
Hesabata görə, daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 83,0 faizini təşkil edib.
Musavat.com
19 Noyabr 2024
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ