İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda tiktokerin həbsinin səbəbi bilindi - FOTO

TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev qafqazinfo-ya bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb:

“Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, TikTok-da 883.3 min izləyicisi olan X. Hüseynov həmin platformada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR