İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda son sutkada 38 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 38 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 27 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 354 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 861 nəfər müalicə olunaraq sağalıb, hazırda 252 aktiv xəstə var. Bu günə qədər 10 241 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 166, bu günə qədər isə ümumilikdə 7 589 504 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 347 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 646 olu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR